Reklam verin!

Öyrətdisə müharibə...

 
Təsəvvür ki, müharibədəsən
Hər dəqiqəndə ölümlə üzbəüz
Hər saniyəndə ölümün nəfəsini yanağında hiss eliyirsən
Hər addımda silaha daha yaxın,
amma evə qayıtmaq istəyiylə
Və tüpürmək istəyirsən geridə qoyduğun həyatın boş, mənasız dəqiqələrinə!

Davamı...

Yazar: Turalfot @ İyun 19, 2009 2:22 : Maraqsız nəsə : Dediz ki:(7)

Çüt gözlərin sayı: 98
Açar sözlər: müharibə ölüm yaşam həyat qurbanlar 
Bookmark and Share

Ölmüş ümidlər universiteti - 1 həftə əvvəl, 1 həftə sonra

Ölmüş ümidlər universiteti

 

           Ölmüş ümidlər universiteti – Azərbaycan Dövlət Neft Akademiyası. 1 həftə əvvəl. 1 həftə əvvəl olmuşdu hər şey. 1 həftə əvvəl öldü ümidlər orda, 1 həftə əvvəl basdırıldı. 1 həftə əvvəl gəlmişdi ora tələbələr hərəsi bir məqsədlə. Amma heç biri ölməkçün gəlməmişdi. Ümidlərini basdırmağa yox, ümidlərinə can verməkçün gəlmişdi bəziləri. Amma can verdilər 1 həftə əvvəl özləri. Nə çəkdisə bir valideynlər çəkdi, bir də tələbə olduğunu qavrayanlar çəkdi, onlar başa düşdü.

Davamı...

Yazar: Turalfot @ May 8, 2009 0:12 : Maraqsız nəsə, Yarı yalan yarı gerçək : Şərhlər(20)

Çüt gözlərin sayı: 289
Açar sözlər: adna 30-aprel azərbaycan-dövlət-neft-akademiyası terror neft-akademiyası 
Bookmark and Share

Məcbur edilən mütləq mətləb

Copyright

           Bu copyright ki var, çox qəliz məsələdi. Heç xoşum gəlmir bununla bağlı problemlərdən. Reklama ehtiyacı olmayan mix.az-ı müəllif hüquqlarımı pozduğu üçün “reklam elədyim kimi” yenə hansısa bir bədbəxt ünvan ala-bula siyahımın qara səhifəsinə düşdü. Ümumiyyətlə qeyd eliyim ki, Azərbaycan dünyada müəlif hüquqlarının pozulmasına görə Ermənistandan sonra ikinci yerdədi. Pahooooooo, olmazee belə, ermənilər bizdən irəlidədir, təcili qabaqlamaq lazımdı onları. Adam nə qədər ermənidən ermənidən dala qalar. Nəysə, “mətləb mütləqdir”(copyrighted by Turalfot) deyib keçirəm mütləq mətləbə.

Davamı...

Yazar: Turalfot @ Aprel 27, 2009 0:15 : Bölməsiz : Şərhlər(21)

Çüt gözlərin sayı: 165
Açar sözlər: copyright müəllif-hüquqları tam-deyil turalfot 
Bookmark and Share

Yarımçıq ad günü və yeni "dəyərlər"

Yarımçıq 9 aprel

 

            Gün 00:00 başlamışdı. Artıq 00:05-də ilk zəng gəldi. Rüfət idi. 6 dəqiqə əvvəl bitən gün Çin üzrə ixtisaslaşma mərkəzində xəbər tutmuşdu doğum günümdən. Telefona yaddaş qoymuşdu, sağ olsun, birinci oldu. 12 dəqiqə işləmiş 3 illik sinif yoldaşım Aynurdan mesaj gəldi. Sözün düzü, heç ad günü əhvalında deyildim, artıq belə günlər mənimçün adi günlərdən fərqlənmir. Anamla bacım mətbəxdə “Yaprak dökümü”nə baxırdılar. Mənsə evdə ingilis dili kursumu hazırlayıb kompyuterin internetə girməsin gözləyirdim, bekarçılıqdan telefonda İreli-nin wap forumunda gəzişirdim.

            Səhər telefon zəng çaldı, durmalıydım, dərsə getməliydim. Durdum. Həmişəki kimi… həmişəki prosedur. əhvalım da həmişəki kimi, fərqli heç nə.Həmişə mən hazırlaşanda atam oyanardısa da, durmazdı yerindən, sorğu-sual eliyərdi, nə vaxt gələssən, hara gedəssən və s. Bu dəfə durub gedib əl üzünü yudu(nədənsə). Əl üzünü yuyub qutaranda mən artıq çantamı hazırlayırdım, təbrik eliyib, öpdü məni. Bu dəfə həmiəkindən 5-8 dəqiqə tez çıxırdım evdən. Bu gün mənə sadəcə məni yada salanları tanımaqçün lazım idi. Onsuz demişəm - Bilsem bitirdiyim her yalanci dostluqdan, deyisdiyim ve qutardigim her sinifden, kocduyum her mehelleden, qazana bilmediyim her urekden bir nefer meni xatirlayir , dunyanin en xosbext adami olardim. Metroya tərəf gedirdim, qulaqcıqda Pinhani qrupunun “Ben nasıl büyük adam olucam?!” mahnısı gedirdi, axşamdan xüsusi olaraq Pinhani-nin mahnıların kopmyuterdən köçürmüşdüm.

            Platforma. Mövzum elə burdan sonra başlıyır.

Davamı...

Yazar: Turalfot @ Aprel 13, 2009 0:49 : Maraqsız nəsə, Yarı yalan yarı gerçək : Şərhlər(12)

Çüt gözlərin sayı: 289
Açar sözlər: dəyərlər yeni-dəyərlər metropoliten 
Bookmark and Share

COPY is RİGHT in Azerbaijan

copy is right in azerbaiijan

Davamı...

Yazar: Turalfot @ Mart 29, 2009 14:34 : Yarı yalan yarı gerçək, Təqdimat : Şərhlər(7)

Çüt gözlərin sayı: 368
Açar sözlər: copyright right azerbaijan azərbaycan azerbeycan 
Bookmark and Share

Tam deyil!!!

Mənim hələ 19 yaşım tam deyil. Hələ savadım da tam deyil. Heç ağlım da, gördüklərim də, görmədiklərim də. Oxuduğum kitablar da, oxumadıqlarım da. Hələ incitdiyim insanların siyahısı tam deyil. İncidəcəklərimin də. Qəlbini qırıb, sonra bərpa elədikləriminsə bəlkə heç hələ siyahısı da yoxdu. Hələ söyəcəklərim, öyəcəklərimin(canlı-cansız) də siyahısı tam deyil. İnanadıqlarımın siyahısı, inanmadıqlarımın siyahısı... 18 ilə gördüklərim bir ömür məni düşündürcək qədər olmasa da, özümü dərk etdiyim müddətdə düşündürəcək qədərdi. Bəlkə heç o da tam deyil.

Davamı...

Yazar: Turalfot @ Mart 27, 2009 1:22 : Maraqsız nəsə, Yarı yalan yarı gerçək : Şərhlər(28)

Çüt gözlərin sayı: 296
Açar sözlər: demokratiya tam 
Bookmark and Share

Tozlu gündəliyin yazılmamış səhifəsindən...

            Ayın 1-i axşam birtəhər razılaşdırdıq ki, səhər gedirik liseyə. Dəqiq yadımda deyil gecə gec yatdım ya yox, amma səhər bu görüşçün çətinlik çəkmədən durdum. Paltar geymək, yemək, getmək. Həmişəki kimi həmin dayanacaq, amma bir az aralıda. Vaxt var idi 2 nömrəli marşrutun sürücüləri həmin yerdə duran birini görən kimi saxlayardılar səhər qaranlıqlarında. Minmişdim, gedirdim yenə, həmin yollar, Nobel prospekti – nə günə qoyublar yazığı. Çatdım Xətai metrosuna. Getdiyim yolu, liseyin həyətini, pəncərələrini, sinfimizi təsvir eləmək fikrim yoxdu, bir dəfə eləmişəm bəsdi. Gəldim çıxdım liseyin darvazasının qabağına, həmişəki kimi birinci gəlmişdim. Vaxt var idi dərsə ən tez gələndə sinfə girərdim, yandırmazdım işıqları. Oturduğum yerdə düz başımın üstündə tək lüminiset lampası var di, yandırıb oturardum altında tək. Hərdən telefonumda ən zəif səslə lirik mahnı qoyardım, uşaqlar gələn kimi də tez utandığımdan söndürərdim. İlahə gələndə acığa tez bütün işıqları yandırar, auranı pozardı. Amma əvvəl-axır biri yandırmalıydı. Elvin də içəri girib: “Ə Babayev, yenə neyniyirsən?” deyərdi.

Davamı...

Yazar: Turalfot @ Mart 17, 2009 2:45 : Maraqsız nəsə : Şərhlər(19)

Çüt gözlərin sayı: 239
Açar sözlər: məktəb-illəri gündəlik 
Bookmark and Share

Sən hələ də... Xocalısız... Həmin gecə...

Sən hələ də  gəz şəhəri qız dalıyca. Onlar kömək gəzirdilər meşələrdə həmin gecə.

Sən hələ də böyürsənə öz nömrəni küçələrdə. Onlar ah vay qışqırırdı həmin gecə.

Sən hələ də bax gördüyün hər oğlanın ciblərinə. Gördükləri hər köləgədən qorxurdular həmin gecə.

Sən hələ də qısqanırsan rəfiqəvi “o” oğlanlar ona səndən çox zorlamaq həvəsiylə baxır deyə.

Davamı...

Yazar: Turalfot @ Fevral 27, 2009 1:09 : Maraqsız nəsə, Xəbərlər, Yarı yalan yarı gerçək : Şərhlər(19)

Çüt gözlərin sayı: 356
Açar sözlər: xocalı khocali khocali-massacre khocali-tragedy xocalı-soyqırımı 
Bookmark and Share

Pullu qaqaş, bəy oğlu - atanın şəkər-noğulu

 

Sizə nədən deyim, nədən danışııııım.., danışım pullu qaqaşlarla bəy oğullarından. Əvvəlcədən deyim biləsiz – pullu qaqaşlarla bəy oğullarını birləşdirən ancaq pul olacaq bu yazıda. Bir də ataları. Keçirəm mətləbə. Yox gözləyim bir az, hələ qırmızı işıqdı. Qoy bir az nəfəs alsın pullu qaqaşlar hələ. Sarı yanib-sönür və yaşıl. Vaxtdı. Keçdim

Davamı...

Yazar: Turalfot @ Fevral 7, 2009 19:57 : Yarı yalan yarı gerçək : Şərhlər(10)

Çüt gözlərin sayı: 278
Açar sözlər: pullu-qaqaşlar bəy oğlu bomba-qaqaş pul 
Bookmark and Share

Bə bunun büstü niyə hələ də ordadı?!

Kopayoglu
 
Zalımoğlunun olmayan qəbrinə də söyürük,
Yenə də əl çəkmirik də.
 
Bu büst tarix muzeyinin balkonundandı

Davamı...

Yazar: Turalfot @ Fevral 3, 2009 13:49 : Maraqsız nəsə, Yarı yalan yarı gerçək : Şərhlər(8)

Çüt gözlərin sayı: 211
Açar sözlər: lenin şəxsiyyətə-pərəstiş büst 
Bookmark and Share


  Üstəgəlll: 32   Sonrakı səhifə »