Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!

Qloballaşan çayxanalar

Çayımız və limonumuzBakı inkişaf etdikcə,gün keçdikcə köhnə tipli nə varsa hamısı müasirləşir. Tolkuçka dediyimiz yerlər üstübağlı yarmarkalara çevrilir, köhnə  metlaxlarının dibindən yaşıl otlar Kinder Sürpriz kimi dınq eliyib cıxan parklar mərmərə döşənir və fəvvarələrlə bəzədilir(KÜLƏKLİ BAKIYA SAKİT AXMALI OLAN FƏVVARƏLƏR-necə də ziddir?!), xaşxana yazılan yerlərə daha ət yeməkləri yazılır, qara tumdan bezən qara camaat artıq pul verib ağ tum alır.

Belə yerərdən biri də ÇAYXANA dediyimiz yerlərdi.


 6-7 il bundan əvvəl şəhəri çayxanalar bürüməyə başladı. Çayxana cərəyanı başladı. Əlinə bir az pul keçən gənc azərbaycanlı özünə bir tin tapıb çayxana açdı və yığışdılar bu çayxanalara şəhərin “yaxşı oğlanları”. Başlarına gələnlərdən, cari məsələlərdən, son “razborka”lardan danışdılar. Qabaqlarına domino,nərd qoyub oynadılar. Hələ bir dəfə görmədim ki,2 gənc çayxanada qabaqlarında şahmat taxtası oturub fikirləşir. Onlara xeyri var axı,niyə oturub fikirləşsinlər?! Evdə pulsuz içə biləcəkləri çaya ilk əvvəl 40 qəpik verənlər artıq bu çaya çəkinmədən  2 manat verirlər. Getdikcə xidmətlər də artdı.Əvvəl təkcə çay, qənd və limon verən çayxanalar yavaş-yavaş BOUNTY, SNİCKERS və s. də verməyə başladılar. Çayxanalar elə kök saldı ki,artıq çayxanalarda hər məhəllə, hər binanın öz stolları olmağa başladı.

             Amma Bakının inkişafı dayanmırdı. Yavaş-yavaş ÇAYXANA sözü dəbdən düşdü. Indi əlinə pul düşən kəs ənənəvi çayxanadan imtina edir. O, ucuz başa gələn İranın plastik stol-stulları əvəzinə bir az bahasını alır, inteyeri dəyişib divara 1-2 peyzaj, İlham Əliyev və Heydər Əliyevin portretini və Azərbaycanın Dövlət Bayrağını asır. Məkanının da adını qoyur ÇAY EVİ. Bakıda bu çay evlərinə hər addım başı rast gəlmək olar.

             Eeeeeeeh…… Çayxanalar da müasirləşdi və bu çayxanalarda - üzr istiyirəm ÇAY EVLƏRİndə çayın qiyməti oldu 2 manata. “Yaxşı oğlanlar” da gözlərini qırpmadan verdilər 2 manatı bir armudu stəkan çaya. Halbuki, içə bilərlər onu evdə 300 qramlıq fincanlarda, özü də pulsuz.

            Nəysə, çox yormayım sizi, bu da yəqin qloballaşan dünyanın bir hissəsidi. Bir azdan ÇAY EVLƏRİ də qloballaşıb ŞADLIQ SARAYIna çevriləndə təəccüblənməyin. Deyərsiz ki,Turalfot demişdi.

Yazar: Turalfot @ İyul 16, 2008 21:13 : Yarı yalan yarı gerçək : Şərhlər(6)

Çüt gözlərin sayı: 319
Açarlarımız: çay-bahçeleri çayxana çay-evi bakı bakı-çayxanaları 
Bookmark and Share


1
Aydin_Nextaz yazıb:

He Tural beledi da indi.inanirsan bilmirem gulmelidi yoxsa yox amma men bu çayxanalarda 1ya da 2 defe oturmuşam ki o da hansi sa dostumun xetrine deymemek ücün amma Şekil super Şekildi eee çay istedim lapsmile)

İyul 24, 2008 22:03

2
fərhad yazıb:

bu şəkili mən çox bəyəndim. blogında olan iki yazıda əladılar. təbriklər. wink

İyul 25, 2008 11:24

3
kami yazıb:

cool Salam şəkilə söz ola biləz yazıdakı ondan yaxşı baxlanğıc üçün əladı Süper afərin

İyul 30, 2008 16:02

4
Turalfot yazıb:

Kami, xos gelmisen bloguma. Cox sag ol, calisacam bundan da maraqli olsun

İyul 31, 2008 19:48

5
Ruzigarim yazıb:

Cayxana acanlar agillidilar.
Agilli olmayan oraya o qeder pul xercleyenlerdir.

Avqust 10, 2008 21:57

6
Ayten yazıb:

indi ele yerlerde var ki,cay evi yazmaqla kifayetlenmeyib,hele bir TEA HOUSE da yazir.vallah,aglamali gundeyik!

Sentyabr 5, 2008 10:42


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha