Reklam verin!

Nəsə bir zad heç nədən

Qızğın iş günü

Bugün 25 iyul 2008-ci ildi. İsti yay ayının daha bir həftəsinin son iş günü. Hə, son iş günü. Yavaş-yavaş bizdə də cümə günü son iş günü kimi tətbiq edilməyə başlayır. Bir ziddiyyət çatdırım indi sizə:


 Biz bu cümə gününün həftənin son iş günü olmasını Amerika dediyimiz ABŞ-dan, ya da Avropadan mənimsəyirik. Avropanı qoyuram bir qırağa, onunla işim yoxdu, onsuz bizim camaat özü də Amerikapərəstdi. Amerikada bu son iş gününə diqqəti çəkmək istəyirəm. Son iqtisadi vəziyyətə nəzər yetirsək görərik ki, neftin qiyməti qalxa-qalxa gedir və aşağılarla arası yoxdu. İqtisadiyyatdan anlayışı olan və olmayan əksəriyyətə aydındır ki, neft dediyimiz zadın qiyməti bir də 27 dollara satıldığı vaxtlara qayıtmayacaq, 10-20 dollar düşsə şükür eləsin neftimizə möhtac hakimiyyətə yaltaqlanıb ozünü şirin satan ölkələr. Nəysə, keçək mətləbə. Neftin qiymətinin belə qalxması hətta ABŞ kimi ölkəni də narahat edir. Artıq statistika göstərir ki, onların yanacağa gün ərzində xərclədikləri pul kifayət qədər artıb. Bu həmçinin şirkət və firmaları da narahat edir. Sözümü onun üstünə gətirirəm ki, biz iş gününün sayıni 6-dan 5-ə endirəndə onlar bizim satdığımız neftin qiymətinə görə iş gününü 5-dən 4-ə salırlar(bu dövlət səviyyəsində deyil,amma əksər firma və şirkətlər bunu tətbiq edir). Sonra da bunu standarta çevirib, “düzgün həyat tərzi”nə çevirəcəklər. Biz də öyündüyümüz neftimizlə özümüzü süni surətdə geri salacıq və “qəbul olunmuş standartlara əməl etmək lazımdı” deyib ozümüzü qeyri-standart ölkələr sırasına salmış olacıq. Onsuz dünyada yanacağa olan tələbata görə atmosfer kifayət qədər çirklənir. Sabah BMT Amerikanın bu hərəkətini düzgün sayıb “çox iş günü atmosferi zibilləyir,iş günlərinin sayının azaldılması labüddür” deyəndə bizim hazıra nazir “zəhmətkeş” xalqımız sevinəcək. Bizim xalqın xoşu gəlir axı yatmaqdan. Lap bədahətim gəldi: Yatan millət!Hər şeyə göz yuman millət!Nə olur-olsun deyib keçən,Yuxularla batan millət! Nəysəye, heç bu postu bu iş günü məsələsini yazmaqçün fikirləşməmişdim. Guya daha bir darıxdırıcı həftənin sona çatmağindan, belə darıxdırıcı yay tətilini hələ yaşamamağımdan, yayın ortasında xəstələnib öskürməyimdən-bronxlarımla mübarizəmdən yazacaqdım. Hamsı keçdi bir anlıq arxa plana, yuxarıdakıları yazdım - yarı yalan, yari gerçək. Maraqsız oldusa keçin də day

Yazar: Turalfot @ İyul 25, 2008 18:44 : Yarı yalan yarı gerçək : Şərhlər(2)

Çüt gözlərin sayı: 251
Açarlarımız: iş-günü neft neftin-qiyməti dollar abş 
Bookmark and Share


1
sima yazıb:

bizim camaat nə amerikapərəstdir, nə də avropapərəst, əks halda həmin mədəniyyətlərin bir zərrəsini dərk edərək bir qədər müasir olardı. Zahirən hamı özünü avropalı saysa da, fikirlərinə gğrə hələ də geriqalmış, kütbeyin insanlardır. Çox heyif

Avqust 2, 2008 18:41

2
Turalfot yazıb:

Sima xanim, bloguma xos gelmisiz. Sizce hele de beyinlerinde amerika ve avropani xeyal eliyenler, "birce ora gede bilseydim" deyib yasayanlar amerikaperest ya da avropabaz deyil. Her addimda orani misal cekmek perestlik deyil?

Avqust 2, 2008 23:21


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha