Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!

Sİz də nəsə bir zad istəyirsiz hə?!

 İstəmirəm

O gün oturmuşdum evdə. Nəsə birdən xətrim dondurma istədi. Belə yağlı bir plombir. Amma sonra yadıma bir şey düşdü. Hə, deyəsən, mənim boğazım hələ sağalmıyıb axı. Amma istəmişdim... İstədim... İstəmək... Bu “istəmək” ki var, yaman şeydi. Hamı nəsə istəyir, hamı həm istəyir, həm də istəməyi istəyir. İndi görün millətimiz nələri istəyir.


Biri varlı olmaq istəyir, biri deyir kasıblıqdan azca da olsa canım qutarsın. Biri maşın almaq istəyir, biri deyir maşınımı dəyişmək istəyirəm. Biri özünə gün ağlamaq istəyir, o biri  başqalarının çörəyini yeyib onları ağlatmaq istəyir. Biri birotaqlı da olsa ev almaq istəyir, o biri beşotaqlı evini villaya dəyişmək istəyir. Biri iş-güc sahibi olub maaş almaq istəyir, digəri istəyir ki, maaşın qaldırsınlar. Biri istəyir ulduz olsun, biri ha istəsə də adam ola bilmir. Biri dondurma almaq istəyir(mənim kimi), biri də o dondurmanı ala bilməkçün pul istəyir. Biri azad söz istəyir, biri görən göz istəyir. Biri ən bahalı konfetlərdən istəyir, biri quru qəndə də razıdı, təki olsun. Həm ədəb-ərkan istəyirik, mədəniyyət istəyirik, həm də göbəyimizi açıq qoyub pirsinq taxmaq istəyirik. Qızlar  həm ərə getmək istəyirlər, həm də ərə getməmişdəm qaş alırlar. Oğlanlar bakirə qız istəyirlər, amma evlənməmişdən əvvəl də bazlıq eləmək istəyirlər. Bu hələ harasıdı?! Bunlar təbəqələrarası fərqlər idi. İndi məsələni bir az qloballaşdırıb siyasi müstəviyə keçirmək istəyirəm (görürsüz yenə istəyirəm). Bir tərəfdən demokratik, heç kimdən, heç nədən asılı olmayan cəmiyyət istəyirik, o biri tərəfdən “MENTALİTET! MENTALİTET!” deyə bağırıb mentaliteti qorumaq istəyirik. Bir tərəfdən dünyaya,dindən uzaqlaşan Avropaya inteqrasiya istəyirik, o biri tərəfdən milləti dinə qayıtmasını istəyirik. Bir tərəfdən neft istəyirik, o biri tərəfdən nefti Bakı-Ceyhanla satmaq istəyirik. Həm respublikaçı Corc Buşa dəstək vermək istəyirik, həm də hakimiyyətə demokratlar gələndə onlara dəstək olmaq istəyirik. Bir tərəfdən Amerikadan dəstək istəyirik, o biri tərəfdən Avropadan, sonra Türkiyədən, sonra İrandan, sonra da İsraildən. Görürsüz də nə qədər şey istəyirik.Deyirəm bəlkə bir dəfə də istədiklərimizə çatmaq üçün nəsə edək?! Bəlkə quru istəməkdənsə bir az çalışaq?! Bəlkə cəhd edək?! Bəlkə nəsə alınar?! Dilənçilərlə varlıların fərqi bilirsiz nədi? Varlı yenə istəyir, daha çox istəyir və istədiyi üçün də nəsə edir. Dilənçi isə ancaq istəyir, amma heç nə eləmir, ancaq dilənir. Yaddan çıxarmayaq ki, hər böyük iş kiçik bir şeydən başlayır, necə ki dünya yarananda kiçik bir nöqtənin partlayışından yarandı, necə ki biz yarandıq kiçik bir ziqotdan, necə ki ağac böyüyür kiçik bir kökdən, necə ki sel yaranır kiçik bir buluddan yazda qarlar əriyəndə, necə ki qar uçqunu yaranır kiçik bir qartopundan. Yarı yalan, yarı gerçək.

Yazar: Turalfot @ Avqust 4, 2008 14:06 : Yarı yalan yarı gerçək : Şərhlər(11)

Çüt gözlərin sayı: 344
Açarlarımız: millət cəmiyyət yarı-yalan-yarı-gerçək istəmək istəmirəm 
Bookmark and Share


1
Kami yazıb:

düz deyirsən hamı nəsə istəyir. Bunun üçündə işləmək əmək sərf etmək lazımdı. Atalar demişkən HALVA HALVA DEMƏKLƏ AĞIZ ŞİRİN OLMAZ.

Avqust 4, 2008 15:28

2
asif eminov yazıb:

Heee. Bu istemek ki, var haaa. Bax, bu qeliz meseledir. Istemesek neyese catmariq, mence. Amma sen demishken, gerek istediyin qeder de, istediyine catmaqcun calishmaliyiq. Bextever o kesdir ki, istediyi ucun calishir. )))

ps: meselcun men hal-hazirda gedib lotoreya almaq isteyirem. men bu lotodanda zaddan alan deyilem. hec baxmiramda... Sadece 2-3 gundur yuxumu ele qarishdirmisham ki. Ele her gun gorurem ki, lotoreya uduram. Ozu de ne az ne cox 2 milyon dollar. grin Ne bilim. ele nece gundur isteyirem (lotoreya almaq)... Heleki br hereket etmemishem. BUgun de deyesen axrinci gundur. axhshama qeder almasam, belke de shansimi qacirmish olaram. Isteyirem, gerek bir az da hereket edim. Gedim alim. Belke deee. Birden mocuze bash vere, yuxularim gercekleshe. grin

yene ps: istemek pulnan olmasa da, cox istekleri gercekleshdirmek pulnandir. Pul da el cirkdir. Here bir cur xestedir, ele elini surtur pula. deyesen 'nahna-ni-nay' cox dedim heee. grin

Avqust 4, 2008 15:51

3
Turalfot yazıb:

ama coxusunun halva - halva demek xosuna gelir. Ama oz aramiz hec kes bilmesin wink Corc Vasinqton qapilarinin agzinda oturub MEN PREZIDENT olacam deyirdi usaqliqda, geldi oldu da. Ama yeqin o nese edib

Avqust 4, 2008 15:59

4
Aysel yazıb:

Allah deyir senden hereket menden bereketsmile ne ise elde elemek ucun hereket etmek lazimdi.Nece ki deyilenler kimi"halva halva demekle agiz shirin olmaz".bloq maraqlidir sene ugurlar dileyirem.

Avqust 5, 2008 19:31

5
Turalfot yazıb:

Aysel. xos gordum seni blogumda. Diqqetine gore tesekkurler

Avqust 6, 2008 0:57

6
Vuq@r yazıb:

wink ..Maraqli yazi idi ...Zovq verdi oxuduqca ...beli insan balasiyiq .her zaman isteyirik .vermiyende de baslayiriq aglamaga ...duzu bu movzuda men de cox dusunmusem bir zamanlar ..yeni bunu da isteyiriq onu da ...heyatda ugur qazanmagin en gozel yolu ne istediyini bilmekdir ..bu faktdan xosum geldi ..-bakire qiz isteyirik ,bazliqdan da qalmiriq .. lol ..bu deqiqe azerbaycan ele bir gundedir ki -genclerden sorusursan ne isteyirsen ....qalir hiqildamaga ..cunki hemin deqiqede o qeder sey gelir ki aglina ..deyir ki goren ne deyim ...masin deyim ..ya ev deyim ..ya pul deyim ...ozu de bu suali verende fikirlesir ki bu deqiqe onun dediyini cixarib verecem ...Avropada ise hansi gencden sorusursan ki deyir kariyera ...en axmaqlari da deyir ki qiz olsun vesselam ...yene o da neyse isteyir ...ama istediyini bilir axmaq da olsa ...ama biz ne o yanliqdi ne bu yanliq ...istemek yaxsi seydir eslinde ..ilk tesebbuse baslangicdir ...ama gunde bir xeyala dusun neyse istemek olmaz ...bezen ise bizlerdeki bu istek tipik azeri xususiyyetlerimizden ireli.Qonsum istedi verdiler ...men de baslayim istemeye ..belke verdiler meselesi lol deysen cox yazdim ...men de bu milletin duzelmesini isteyirem ...neticede yaxsi pis isteyirem grin

Avqust 6, 2008 18:32

7
Turalfot yazıb:

Vuqar, genis serhe gore cox sag ol. Deyerli fikirler idi. Duzdu, istemek yaxsi seydi, amma gerek istediyincun nese edesen, calisasan,esas da odu ki istediyini derk edesen. Elindeki imkanlari bilesen, gucunun yetib yetmeyeceyini bilesen.

Avqust 6, 2008 22:22

8
Ruzigarim yazıb:

Men coxluuuuu ikiuzluluk gorurem bizim cemiyyetde,

Avqust 7, 2008 22:24

9
Ayten yazıb:

tural,halaldi!zor yazmisan,lap ureyimden kecenleri. grin

Avqust 10, 2008 22:23

10
Turalfot yazıb:

Ayten xos gordum seni. Axir ki bu web aleme gelib cixdin. Adimi bir de kicik herfle yazma!!! grin

Avqust 10, 2008 23:32

11
MoonFlower yazıb:

istemek ele etmeyin yarisi demekdir..Amma psixolojik olaraq biz onu her shey deye basha dushuruk.istediklerimiz meqsedlerimiz olmalidir,yeni fikirde,xeyallarda yashatmaq hech ne etmeden behre vermez,maraqli blogun var.ughurlar

Oktyabr 7, 2008 19:29


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha