Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!

Yolçu yolunda

yolçu yolu

22.08.2008

Səhər tezdən durmuşdum. Hazırlaşıb çıxdıq evdən. Saat hardasa 11-12 arası çatdıq Səlyana. Yolboyu oturduğum yerdən yolkənarlarını izliyirdim. Yanımda yekəqarın bir zad oturmuşdu. Elə yola düşən kimi yuxu tutdu onu.


Yolun müəyyən bir hissəsinə qədər məni dəmiryolu relsləri müşayət etdi. O relslər ki, kimisi onlara reys deyir, hansısa bir “səviyyəli” “adam” da o reys sözün eşidib birinci yadına Dubay düşür. Amma o relslər mənimçün başqa bir şey idi. Sanki yolboyu bitdiyi yerə qədər tək dostum. Elə bilirdim düşündüyüm hər şeyi onlar eşidir və məni anlayırlar. Amma relslər tək deyildi. Onları da onların kənarlarında ucaldılmış elektrik dirəkləri müşayət edirdi. O yolda elə ən sabit relslər və dirəklər idi,qalan hər şey dəyişirdi – yollar da, yolların kənarı da, dəniz də, asfalt da, yol işarələri də, səma da və buludlar da, elə mənim düşüncələrim də. Sonra relslər qutardı, artıq izləməyə heç nə yox idi. Pəncərədən çölə baxsam da, gördüklərimin təəssuratında deyildim. Növbə artıq ancaq düşünməkdə idi. Tək qaldığım vaxtlarda tək əlacım – düşünmək. Axır ki, gəlib xalamgilə çatdıq.

 xalamgil

 Uzun yol gedəndə nəqliyyatda yatmaq heç adətim deyil. Amma mənzil başına çatandan sonra saat 12-yə qalmış bir az uzandım. Uzanmaq da nə uzanmaq – saat 4-də durdum. 2-3 saatdan sonra rayona gəlməyimizə səbəb olan dayımoğlugilə getdik. Amma bilmədim niyə. Toy sabah idi. Səbəbsiz, izahsız bir adət. Yenə ruhən və fikrən tək idim. Maraqsız həyatımda burda mənə maraqlı gələn tək şey dayımın saxladığı 4 göyərçin idi. Nəysə, yedik-içdik, bir az oturandan sonra “Ya Allah” deyib yola düşdük. Hava qaranlıq idi, təbii idi, çünki saat 1-i keçmişdi. Qayıdırdıq. Piyada. Məmnuniyyətlə yolboyu H.O.S.T – Alliance-nin treklerinə qulaq asmaq istəyərdim, amma heyif ki məndən telefonumu fanar kimi istifadə eləməyi istədilər. Eybi yox deyib, yenə özüm-özümlə tək qaldım. Elə hey yenə nəyisə düşündüm, düşündüm, düşündüm. Əlimdən başqa şey gəlmirdi. Fikirlərim gecənin qaranlığında itib-batırdı. Küçələr qaranlıq idi. Düşüncələrimin işıq üzünə çıxması üçün heç bir işıq yox idi, elə mən də o qaranlığın içində kiçicik bir heç nə idim. Həmin an qaranlığa qarşı heç bir alternativim yox idi, təkcə telefonumun led-flash’indən başqa. Ona görə də qaranlıq təkcə fikirlərimə yox, özümə də hakim idi. Qaranlıqda düşünə-düşünə də gəlib çatdıq xalamgilə və bayaq gözlərim açıq qaranlıqda idimsə, artıq gözlərim bağlandı və mən zülmət qaranlıqda ağ-qara nəsə - yuxu görməyə başladım...

Yazar: Turalfot @ Sentyabr 4, 2008 11:17 : Maraqsız nəsə : Şərhlər(yazmasaz da olar)(4)

Çüt gözlərin sayı: 295
Açarlarımız: yol səyahət düşüncə fikirlər salyan 
Bookmark and Share


1
asif eminov yazıb:

Turalfot, tebrik edirem. Ugurlu yazidir. Cox xoshuma geldi. Cox tebii, sade ve orijinal bir yazi. Fursetden istifade edib (tanimasaq da), gec de olsa, toy yiyesini biz de tebrik edek. grin
Yazindaki "fikirlerim gecenin qaranliginda itib batirdi. Kuceler qaranli idi" yazisi xususi gorsendi mene. Beynimde ani olaraq bu cumleni deyishdim. Isteyerdim bu deysihikliyi bura qeyd edim.

"Fikirlerim gecenin qaranliginda itib batirdi. Bu kuceler kimi. Mende fikirlerimin icinde"... confused

ps: shekilleri de ela secmisen. Tam movzuya uygun.

Sentyabr 5, 2008 13:42

2
Turalfot yazıb:

Asif, diqqetincun cox sag ol.Beyendiyincun sevindim. Improvizasiyan ela alinib. Sekillerin birincisi vebzin-dendi, o biri de xalamgilin heyetidi. Tebrike gore de cox sag ol.Hele toyun qeydlerini de yazacam bura. Yeni ki ardi var... smile

Sentyabr 5, 2008 17:31

3
asif eminov yazıb:

Tural qardash, ardini gozleyirik. Maraqla oxuyacagiq. smile

Sentyabr 6, 2008 19:14

4
Ruzigarım yazıb:

Yollar, yollar. O qədər həyatım boyu yol getmişəm ki...Bütün bu hisslər çox tanışdır mənə. Elektrik dirəklərini saymaq, gecə işıqlara baxmaq və səssizcə yol getmək.

Sentyabr 6, 2008 22:26


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha