Reklam verin!

Siz də hamı kimi eynisiz?!

 

Bu şəkli blogçumuz Vüqar İsmayılovun Hər şey paylaşdıqca gözəldir blogunda görmüşdüm. Postun adı da “Düşündürücü şəkillər” idi. Bu şəkil həqiqətən də məni düşündürdü. Hallalığını Vüqardan alıb bu şəklə bir post yzmağı qərara aldım.

Gəlin hesab edək ki,


bizim Cənab Gərgədan çəkdiyi şəkillərə gözünün çəp olmasına görə öz buynuzun çəkmir. Düşünək ki, Cənab Gərgədan gördüklərini olduğu kimi qəbul eləmir. Həyata hamının baxdığı kimi baxıb onların gördüyünü görmür. Yeni nəsə axtarır və görür. Həyata bizdən fərqli baxır. Gördüyü ilə razılaşmır. Yeni nəsə... yeni nəsə kəşf edir. Yoxsa ki, gəlin bizim gəncliyə, ya da tək gəncliyə yox, bütün cəmiyyətə baxaq – hamı eyni. Hamı universitet oxuyur, diplom istəyir, sonra pul verir diplom alır. Sonra diplomu qoyur bir kənara, gedib başqa iş tapır. Evlənir. Öz övladlarını da belə böyüdür. Fərqli heç nə! Bugün hamının həyatı belədi - əvvəlcədən praqnozlaşdırılıb. Hamı eyni həyatı yaşayır. Gördüyünü olduğu kimi qəbul edir, ona əməl edəndə də boşluğu varsa da həmin boşluğuyla əməl edir ona. Amma bizim Cənab Gərgədan yox! O gördüyünə nəsə əlavə edir – başqa, fərqli nəsə. H.O.S.T – Alliance-nin üzvü AİD-in belə bir sözü var: “Öyrəşmişik TQDK-nın 5 variantına, özümüzdə ehtiyat variant yoxdu”. Hər şey öz əlimizdədir. Niyə hər şeyi olduğu kimi qəbul eləməliyik ki?! Niyə həyatı daha maraqlı, daha fərqli yaşamayaq?! Axı həyatımız öz əlimizdədir. Bizim fərqli etdiyimiz bir şey var – işıq sayğacına lent soxuruq, qaz sayğacını kəllə-mayallaq qoyuruq ki, pul yazmasın. Bax bunu başqa heç kəs eləmir. Ona görə də deyirəm: “BİZ SAYĞACA LENT SOXAN MİLLƏTİK!” Nəysə eee... yenə də yarı yalan yarı gerçək

Yazar: Turalfot @ Sentyabr 6, 2008 21:15 : Bölməsiz : Şərhlər(18)

Çüt gözlərin sayı: 378
Açarlarımız: gərgədan eynilik sayğac 
Bookmark and Share


1
Ruzigarim yazıb:

Yazıb doldurmusan ki smile
Turalfot fikrini dolgun ifadə edə bilməmisən.
Məncə indiki gəncliyin problemi odur ki. onların içi boşdur və yalnız mobil telefon qurdalamağı bacarır, özünün nə istədiyini bilmir. yaradıcılıq yalnız yeni sms yazmaq və qız bişirmək üsulu kəşf etməyə sərf olunur.
Bu arada yekə bir məqaləm var gənclik barədə, qoy komp düzəlsin. İnşallah qoyacam, gözləyin!

Sentyabr 6, 2008 22:21

2
Turalfot yazıb:

Ruzigarim, deyerli fikirlerincun cox sag ol. Duz deyirsen, ola bilsin yaxsi ifade ede bilemisem, cunki yazmaq istediklerim bunlardan cox idi.

Sentyabr 7, 2008 8:57

3
Ayten yazıb:

PT,bu meqale meni yaman dusundurdu.demek,indiki gencler bu gergedan qeder ola bimirler,he?! confused

Sentyabr 7, 2008 15:55

4
Turafot yazıb:

He Ayten, bu gergedan qeder de ola bilmirler. Allah her xalqi bir cur yaradir da, neyniyek indi

Sentyabr 8, 2008 9:40

5
Vuq@r yazıb:

Salam Tural ...Men oz fikrimi bildirdim ...Serhi gonderende sehfe neyse problem oldu ve dusundum ki deyesen menim yazdiqlarim getmedi serh kimi ...Ozum yeniden yazmadim ki eyni serh iki defe tekrarlanmasin ...Bagisla blogunu ziyaret ede bilmirdim ...Uzrlu hesab ele smile

Heeee....Bizim bu Kerkadan qardas ..Demek buralara qeder gelib catdin .Deyim de menden meshur oldu artiq ...Onun artiq iki saytda reklami var ..Hem de serefine gozel sozler deyilir ..Indi onun ilhami daha da artib ..Artiq sekillerinde buynuzunu daha boyuk cekir. smile Tural yaxsi yazmisan...Ama sen bu hadiseye ferqli aspektden baxmisan ...Mene ele geldi ...

Duz qeyd etmisen ki heyati korlayan da ,gozellesdiren de ele bizim ozumuzuk ...Sayqaca lent soxan da bizlerik .Sonra bu letanin cerimesin urek agrisiyla odeyen de bizlerik ...Hetta bezilerimiz bunu hyat terzine cevirmisik ...bele olmalidir ...Stimul alanlar da var ..Artiq bunlar heyat mazaxistlerine cevrilenlerdir.Bezi deyenler de var ki kisi gerek dasdan corek cixarsin...hec dexli yoxdur ...yeni bunu kisilik sayanlar da var ...Bes cerimeni odeyende kisiliyin havaya ucur ? Kisisen yalvarma da ...kisi kimi eledim ve bu da cerime ...Ehhhhhhhhhhhh..

Menim qorxdugum problem bir iki yaxsi insani da tipik Azerbaycan xususiyyeti pis elesin ....Evvel Azerbaycan bele deyildi ...beleydise cox az faiz bele idi ...
Kim bizi bu gune qoydu ...Aydan gelenler? Bunu da mi ermenilerin ustune ataq ..Deyek onlar eledi ..Eger milletimize xarici dusmenler ziyan veribse,bir o qeder de oz icimizdekiler yeyir bizleri.Belke de gunahlarimizi onun bunu ustune atmaqdan bu gune dumusuk...Belke gunahi ozumuzde gorseydik bu gun de sayqaca lent soxmagin oz icimnizden geldiyini belke derk ederdik ...Neyse bu sohbet uzandiqca uzanir ...Ama neyleyek ...Men sexsen seyr edirem ..

Yaxsi yazi idi ...Tesekkur Tural smile

Sentyabr 9, 2008 10:52

6
Vuq@r yazıb:

Bir deki saytimin az olsa reklamin etmisen ..Tesekkur edirem..Ne gerek var idi ..Etdiyin ucun sag ol ... smile

Sentyabr 9, 2008 10:54

7
Turalfot yazıb:

Vuqar, deyerli fikirlerincun cox sag ol. Bir sey qeyd edim bir millet gorunusun xarice baxib deyise biler, amma menliyin, meneviyyatin deyise bilmez. Bu lent sozmaq da bizim icimizdedi, bunu hec yerden goturmemisik.
============================
Yazilarim da kiminse yazisina muraciet edecemse onlara kecid verecem hemise. Qoy hami tanisin. Ne qeder bu blog var, ele de olacaq.

Sentyabr 9, 2008 11:21

8
Ruzigarim yazıb:

Turalfot, söz verdiyim məqalə artıq hazirdır.

Sentyabr 9, 2008 13:57

9
Kami yazıb:

SAlam axır ki, qayıtdın. Məqalən və şəkil doğurdanda adamı çox düşündürür. Məndə ora bir əlavə etmək istərdim.Sən mətnin axırında yazmısan ki, “BİZ SAYĞACA LENT SOXAN MİLLƏTİK!” amma biz başqa yerlərədə çox şey soxuruq.
Səni həmişə belə işinin başənda görək.

Sentyabr 10, 2008 12:21

10
Turalfot yazıb:

Kami cox sag ol. Nece vaxtdi hec sen de yox idin

Sentyabr 10, 2008 13:03

11
Kami yazıb:

Bəli məndə yox idim neçə vaxdır. Amma artıq işimin başındayam.
DİQQETİNİZE GÖRƏ MİNNƏTDARAM.

Sentyabr 10, 2008 17:57

12
Şəbnəm yazıb:

confused Burda o gərgədan gərək ki, açıqlasın məsələni grin

Sentyabr 13, 2008 11:48

13
Şəbnəm yazıb:

Salam Turalfot. Mənim mücrümə də baş çəkdiyiniz üçün çox sağ olun. Bəyaz Gecələr haqqında Mürəkkəb dolu qələmdə bir balaca yazı yazmışam. Maraqlıdırsa buyrun oxuyun: http://shebnem.azeriblog.com/2008/06/22/beyaz-geceler

Təşəkkürlər!

Sentyabr 13, 2008 11:52

14
Turalfot yazıb:

Shebnem xanim salam. Bloguma xos gelib, sefa getirmisiz. Diqqetinize gore tesekkur. Beyaz gecelere mutleq baxacam

Sentyabr 13, 2008 19:33

15
SEFIR@Y10 yazıb:

rolleyes cooox qe$eng.amma deyi$mek isteyen insanlar varda.meselen:Emolar,satanistler.beyem bunlar yax$idir?mende herden deyi$mek isteyirem,ancaq baxib gorurem ki,duzulmu$ piramidanin siralarindan bir kerpic goturulse,cetinlikle duzeldilmi$ piramida 2ce saniyenin icnde tamamile yerle-yeksan olacaq.ona gore men kerpiclerin yerini suru$durerek deyi$irem,kerpici cixardib onun yerine kure qoymaq fikrinde deyilem.BUNA OZ FIKIRLERINI BILDIRSEN COX $AD OLARDIM.BELKE MEN NEYISE SEHV FIKIRLE$IREM shocked question

Sentyabr 21, 2008 23:04

16
Turalfot yazıb:

Sefir, seni bu blogumda xos gordum. Ne demisen duz demisen. Esas odu ki, insanlar heyati puca yasadigini anlasinlar, birinci anlasinlar. Deyismeyi de ki, zamanla deyisecek hamsi. Sen demis - surusdure surusdure deyisecekler.

Sentyabr 22, 2008 14:42

17
SEFIR@Y10 yazıb:

Cox sag ol,Tural!Allah ellerine quvvet versin!sen yaz-yarat,goturmek isteyen onsuzda oxu ucun yax$i olani goturecek.bele deyekde,her $eyi yax$i saymaq olar,amma muxtelif aspektlerden yana$anda nese bir emmamesi cixacaqda.Ona gore hec kimi hec neye zorla mecbuir etmek olmur.insanlari duzgun tereflerle deyi$en yegane bir quvveni ALLAHda ve ISLAMda gordum.o insanlar ki,deyi$diyini du$unubde heyati puc edirler----------baaaax onlar yalnizca bir istiqametde fikirle$irler.bir mesel varda----"Bala E$$EK gelmisen,e$$ek kimi de gedesen".yeni ozunu oldurmekle faydasi yoxdur.sende cali$ cox eseble$me.SENE UGURLAR!YAZILARINDA COX SUPERDIR smile

Sentyabr 26, 2008 18:45

18
Tural yazıb:

Sefir, duz deyirsen essssssek gelen essssek gedir. Amma ferasetli adamlar hemin essssekleri adam elemeyi bacarir. Gerek hemin ferasetlilerden olmaga calisaq. Men eseblesmirem, yaniram bu milletin halina. Terife gore de cox sagol, amma azerbaycanlilara terif yarasmir, herden calis zidd cix fikirlerime wink

Sentyabr 26, 2008 20:24


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha