1-dən çox, 8 milyondan az

Azərbaycanlı gənc oğlan. Doğulur, Olarsa bağça, olmazsa birbaşa məktəbə gedir. 1-2-ci sinifdə yaxşı oxuyan olur. Sonra pozulur – ya öz marağı olmur dərs oxumağa, ya da valideyn məsuliyyətsizliyinə görə yadına dərs deyilən bir şey düşmür. 8-9-cu sinifdən başlıyır siqaretə. 10-cu sinifdə damağında siqaret başlıyır özünü nəzə bir zad – kişi saymağa. 11-i qutarır.
Onsuz da universitetdə oxumayacağını bilə-bilə sənədlərini verir. Kəsilir. Əsgərliyə getməməsi üçün atası tökür bir ətək xərc salır hansısa universitetə. Sonra ya orda qalır, ya da “perevod” deyilən bir şeylə keçir başqa universitetə. Orda da özünə 1-2 özü ağılda dost tapır. Sonra günləri ya çayxanada qabaqlarında nərd taxtası ilə keçir, ya da Tarqovida arığından tutmuş ətli-canlısına qədər, ədəblisindən tutmuş ədəbsizinə qədər gördüyü hər qıza uffff… deməklə keçir. Universitetə girəndə evi xərcə salmağı az deyilmiş kimi hər semestrdə imtahanlarçün də atasını “tərləməyə” məcbur edir. Ardıyca bir qız sevir. Sonra başlıyır başqa qızları da fırlatmağa. Sevgilisiylə gözü doymur axı, başqaları da lazımdı. Fırlanır, fırlanır, axırda başı gicəllənir, düşür bir zibilə. Vecinə də deyil. “Hər son bir başlanğıcdı” deyib başqasına göz dikir. Sonra başqasını sevir. Gedir əsgərliyə. Yaxşı-pis əsgərliyi yola verir. Qayıdır. Sevdiyi qızla evlənir. Toy günü fırlatdığı başqa qıza mesaj yazıb – “Bugün dəhşət çox işim var, zəng eləmə” – deyir. Evli ola-ola yenə də telefonla, ya da kompyuterlə başqa qızlarla çatlaşır, “otval” verən olanda çatlayır, hansısa qızdan nömrə ala bilir, hansısa tanışından qız nömrəsi istəyir, hansısa məktəbli ya da tələbə qohumundan onun sinif ya da tələbə yoldaşlarının nömrəsin istəyir, metroda hansısa qızın kurtkasının cibinə öz nömrəsini dürtüşdürür, küçədə guya dostuna deyirmiş kimi öz nömrəsini bağırır, hansısa qıza zəng edəndə dəstəyi oğlan götürəndə -“Bağışlıyın Rasimi olar?” – deyir. Öz “pantovi kruq”unda məhlənin qeyrətini çəkib məhlədən keçən başqalarının ana-bacısına söz atır, dünyanın işlərin həll eliyir. İşdən danışmıram, onsuz da işləmək istədiyi üçün yox, məcbur olduğu üçün işlətir. Qocalır… Öz keçdiyi “kişilik” yolunu əvvəl oğluna, sonra da nəvələrinə danışır, sonra –“Oxumaq lazımdı” – deyir, amma sonra yenə də öz kişilik yolunu öyrədir. Yarı yalan, yarı gerçək!
Yazar: Turalfot @ Sentyabr 26, 2008 22:11 : Yarı yalan yarı gerçək : Şərhlər(27)
Çüt gözlərin sayı: 493
Açarlarımız: kişi tin tin-uşağı kişilik-məktəbi siqaret
He Sefir, qacirlar bele sohbetlerden. Serf elemir axi.
=========================
Esmanurun annesi, sizi de xos gordum blogumda. Ilk sherhiniz mubarek. Dogrudan da iyrencdi
Sentyabr 26, 2008 23:28
Və onları etdiklərinin yanlış olmasına inandırmaq olmur.
Nə isə, mən dünyanı düzəldən deyiləm, heç sən də Turalfot. Elələrinin dərdin çəkə-çəkə qocalacağıq. onlar da "Ağıllı olub dərd çəkincə, dəli ol, dərdivi çəksinlər qanunu ilə yaşayacaqlar"
Sentyabr 27, 2008 15:54
Salam Tural+fot.
Sənin bloquna da gəldim, baxdım, hansı fikir yarandı məndə-deməyəcəm.
Ama nəticəsi o oldu ki, öz bloqumdakı dostların cərgəsinə əlavə etdim.
p.s.bircə p.s.lə bir adam barədə necə fikir yarana bilər?
Sentyabr 27, 2008 19:55
Mehin, görürsen mənim bircə p.s-lə sən mənim bloguma baş çəkdin. Artıq səndə mənim haqda elə bir fikir yaranmışdı ki "Bu kimdi ki belə, mənə belə deyir". Əsas odu ki mənim ps-im səni vadar etdi ki mənim bloguma baş çəkəsən.
============================
Sözün düzü, səni dost bloglara əlavə edəcəkdim şərhi yazdığım gecə(Asifin blogunda), amma cavabını gözləyirdim ki, reaksiya necə olacaq. Cavabından asılı olmayaraq onsuz da səni dostlara əlavə edəcəkdim
Sentyabr 27, 2008 22:02
Doğrudu, ps qədər belə bir bloqun varlığından xəbər tutmamışdım.
Hətta sonradan fikir verib gördüm ki, reklamı da varmış "Olan və bitən"də.
Doğrudanmı, elə görünür ki "bu kimdi" deyirəm??? Səmimi deyim ki, heç kəsə qarşı belə təkəbbürüm yoxdu.
p.s. qətiyyən məqsədim onu demək olmayıb ki, məni dost bloq seç. Seçsən də sağ ol seçməsən də. Mən bloqu yaradanda azərbloqda gəzişdim, xoşuma gələnləri dost seçdim, heç özlərinə demədən. Yəni qarşılıq məqsədi güdmədən.
Sentyabr 27, 2008 23:24
Bilirem ki, onuncun daxil elememisen meni dostlara. Bax menim kecidlerimde olanlarin hec biri bilmirdi ki, men onlari elave elemisem, sonradan ozleri gorubler.
=========
sen bir p.s.-in qudretine baxee
Sentyabr 28, 2008 0:12
Salam Tural ...Axir ki agrili ve acili derslerden ayrilib senin maraqli ve dusunduren bloguna bas cekdim ...Umid edirem ki gec gec serh yazmagim gecerlidir ...
Cox superrrrrrrrrr yazidir ...Lezzet eledi ..Sen yazdiqlarindan birce 11-ci sinifde siqaret meselesi olub mende ...qalan hec biri mende olmayib ..sevende de kisi kimi bir neferi sevib sadiq qalmisiq ...xeyaneti ureyimizde saxlayib intiqam almamisiq ...Unutmusuq ..Tekrar qarsilasmamaq umidi ile ...Sozu uze demisik ...telefonu ele isletmisik ki hec kes telefonda "bluetooth" deyilen ecaib varligin varligini gore bilmeyib ...Sevdiyimize hazir mesaj yazmamisiq ...
P.S ...men qizlarin yerine olsaydim telefonu hazir mesaj yazan oglanin basina cirpardim ...
..Adama deyerler ki nece sevirsen ki sablon sozlerle meni bisirirsen
....
Tesekkur Tural ...
Sentyabr 28, 2008 10:18
Vuqar, vaxt problem deyil - gec ya tez, sen fikrini bildir besdi. O hazir mesaj yazanlara Qaraqanin bu sozlerin demek isteyerdim: "Sevgi olur qanadlarla əlvan sehrli hisslərlə
Sevgi olmur saytdan hazır götürülmüş smslərlə!"
Sentyabr 28, 2008 10:46
Tural təbrik edirəm, yazı uğurlu alınıb məncə! Bəlkə də yazılarının içində ən uğurlusu elə budur! Bir daha təbriklər! Sükanı belə saxla!
Sentyabr 28, 2008 20:01
Salam Turalfot yaxşı yazmısan həmşəki kimi, belə insanlar bizim şəhərdə çoxdu amma onuda deyim ki, belə insanlar soralar peşman olur.
Süper yazmısan ƏLA 5
Sentyabr 29, 2008 14:20
Kami ve Ramin, tesekkur eliyirem. Insallah calisacam daha da yaxsi olsun/// Kami, sozun duzu, inanmiram ki, pesman olsunlar, cunki onlara gore onlar her seyi duz eliyirler. Belke ölüm ayaginda basa dusecekler ki, heyatlarini puca veribler
Sentyabr 29, 2008 18:24
Lap kokunnen vurmusaneee. Indi oglanlarin "ekseriyyeti" beledi.
Sentyabr 29, 2008 18:44
ala o sehven dusub sebrim catmir e yazi yazmaga aydina demisem dunende onlarda qaldim hec o bloguna girirki mecbur eliyecem yazsin o da bizim kimi pessimist di yazix ama tam hostcu deyil
Sentyabr 30, 2008 20:52
Blogcularin gorusu 4 oktyabr 2008 ci il Ayna Sultanova heykelinin yani saat 14:30 da bas tutacaq. I..tirak etmek isteyenler orxan92@hotmail.com adresine yaza bilerler. Daha etrafli melumat http://some.azeriblog.com/2008/10/03/4-oktyabr-2008-bloqcularin-gorush-mekani
Bu adresde. Goruse gelecek her bir blogcuya derin minnetdarligimi bildirirem
Oktyabr 3, 2008 22:00
Ramin demishken ugurlu yazilarindan biridir. Tebrik edirem. Ama fantaziyani ishledib yazidaki boshluqlari doldursaydin daha da yaxhsi olardi. Amma maraqli ve dushundurucu fikirlerdir. Bir daha tebrikler.
ps: Dostlar bir az bashim qarishiqdir. Bloglariniza bash cekenmirem . Uzrlu hesab edin. Gelecem. Qarshida men de varam. )))
==================
Saleh, tam hostcu nedir, hostcu nedir? Fan nedir? Pessimist olmaq hostcu olmaq deyil. Hosta qulaq asa bilersen, amma tam, ya yarimciq hostcu olma. Sadece dinlediyine deyer vermeyi bacar. Dinlediyine deyer vermeyin, eshitdiyine uygun hereketlerindir. Dinleye bilirsense, derk edirsen. Derk edirsense, demeli, regressdesen. Dushunursen. Demeli fovqelinsansana yaxinsan. Buna gore seni tebrik edirem.
Oktyabr 6, 2008 0:34
Asif, men nese ele de fantaz deyilemeyyy. Salehle olan muzakireye aid HosTeam-a daxil olan 6 neferden biri kimi cavab vererdim, amma lazimsiz sayiram, cunki inanmiram Saleh bir de gelib burani oxuya
Oktyabr 7, 2008 20:22
Eslinde regress yox, progress yazmaq istemishem. Buna gore hamidan uzr isteyirem.
Oktyabr 7, 2008 23:56
salam.saytimi ziyaret etdiyiniz ucun tesekkurler.meslehet ucuntesekkur emel ederem.cox sag olun o ki aldi Qaraqana beli cox xosum gelir onun yazdiqlarindan haqqinda sadece oni biliremki,Host Allianse-nin uzvudur amma cox maraqli hekayeleri var .Qaraqan yaradir........
Oktyabr 12, 2008 22:23
Ela!!!!, her gun cene doyub genclere basha salmaq ucun danishidiqlarimin her bir problem burada oz eksini tapib. Tebrik edirem ![]()
P.S. Senin yerine olsaydim bu yazini daha cox yerde yayardim.
anar asker
Oktyabr 18, 2008 11:25
Super Hekayedir.Ele bil bezi tanishlarimin heyatini bashdan ayaga anlatdin
Oktyabr 18, 2008 15:08
Cox sag olun, umumi tesevvur yaratmaga calisdim
Oktyabr 18, 2008 21:27
Qaradaş düz deyirsen mən belələrini taniyiram 3-4 elə menim qurup yoldaşlarımdırş
Oktyabr 19, 2008 23:14
Salam. bilmirəm yazınızı dərc elətdirmək üçün sizdən icazə alınıb ya yox, ancaq yazını bu gün , http://www.mix.az/interesting/18088-1_den_cox_8_milyonan_az.html burada gördüm ...
Oktyabr 28, 2008 23:24
Bu cemiyyete nifret edirem. Bu cemiyyetde azadliqdan denismaq o qeder cetindiki.. Yende sozde demek olur amma hereketde ...
Cox xosuma geldi. Tanidigim cavan oglanlarin coxu heyifki beledir
Mart 14, 2009 16:41




ALLAH ELLERINE QUVVET VERSIN!
1ci men yazmi$am
Sentyabr 26, 2008 22:55